Fermerlərə innovativ texnologiyaların əhəmiyyəti izah olunub
Xaçmaz rayonu “Azərbaycan- Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsin”də “ Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkilinə” həsr olunmuş regional müşavirə keçirilib.
19 Oktyabr 2018 14:43 İqtisadiyyatXaçmaz rayonu "Azərbaycan- Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsin"də " Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkilinə" həsr olunmuş regional müşavirə keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, keyfiyyətli toxum istehsalında torpağın düzgün becərməsinin, səpin normasının və müddətinin əhəmiyyəti, elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması, həmcinin tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanış olmaq və fermerlərlə fikir mübadiləsi aparmaqdan ibarətdir.
Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək dövlətin taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. Qeyd edib ki, taxıl səpinin başlanması ilə əlaqədar olaraq kondisiyalı toxum materialından istifadə etməklə səpinqabağı torpağın aqrotexniki qaydalara uygun becərilməsi,səpin normasının nizamlanması, səpinin vaxtında və keyfiyyətlə aparılması torpaq -iqlim şəraitinə uyğun sortların düzğün secilmısi gələcək bol məhsulun əsasıdır. Bunula əlaqədər olaraq daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə catdırıb.