Tərtərdə qazlaşdırma səviyyəsi 100 faizə çatdırılıb
19 Oktyabr 2018 11:49 İqtisadiyyatTərtər rayonunun cəbhə bölgəsindəki 4 yaşayış məntəqəsinə Rəcəbli, Kövdadıq,Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, bununla da Tərtər rayonu üzrə qazlaşdırma səviyyəsi 100 faizə çatdırılıb.
Keçirilən tədbirdə bildirilib ki, 132 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 594 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı eləcə də paylayıcı qaz xətləri çəkilib,mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında "bir pilləli" tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.