Çində keçirilən Sammitdə Azərbaycanın tranzit imkanları təqdim edilib

16-17 oktyabr tarixlərində Çin Xalq Respublikasının Hunan vilayətinin Candziadzie şəhərində Çinin Beynəlxalq Ticarət Palatası və İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə "Bir Kəmər, Bir Yol" təşəbbüsünün 5 illiyi münasibətilə Sammit keçirilib. İqtisadiyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Rüfət Bayramov "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində beynəlxalq əlaqələrin inkişafı ilə bağlı dövlət qurumlarının rolu üzrə panel müzakirələrdə çıxış edərək, Sammit iştirakçılarına Azərbaycandan keçən nəqliyyat dəhlizləri, ölkəmizin tranzit imkanları, infrastrukturun inkişafı ilə bağlı görülən işlər, reallaşdırılan layihələr barədə məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31