Ölkəmiz şaxələnmiş iqtisadiyyatı inkişaf etdirərək uğurlu naliyyətlər əldə edib

"Azərbaycan dünya iqtisadi Forumun hesabatına heç vaxt əli boş getməyib. Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində əldə olunan  naliyyətlər hesabına ölkəmiz bir neçə ildir ki, qlobal rəqabətlilik hesabatında irəlləyərək 35-ci yerə çıxıb". Bu fikirləri "OLAYLAR"-a millət vəkili Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, Azərbaycanda qeyri neft sektorunun inkişafı dövlətimiz tərəfindən qayğı ilə əhatə olunduğundan sürətli inkişafa nail olub: "Dünya standartlarına uyğun məhsul istehsalı üçün yeni texnologiyalara əsaslanmış zavod və fabriklər, texniki parklar, sənaye məhəllələri, aqroparklar və digər istehsal sahələri yaradılıb. Inovasiyalara əsaslanmış yeni biznes mühiti yaradılıb. Sahibkarlığın inkşafına dövlət tərəfindən dəstək təşkil edilib. Qanunvericilikdə müvafiq dəyişikliklər edilərək  təkmilləşdirilib. Ölkəmiz şaxələnmiş iqtisadiyyatı inkişaf etdirərək uğurlu naliyyətlər əldə edib". Millət  vəkili deyib ki,  iqtisadiyyatımızın inkşafına tətbiq edilmiş yeni texnologiyalar hesabına dünya standartlarına uyğun məhsul istehsalına nail olunub və sonda 1 sıra ölkələrə məhsul ixracına başlanıb: "İldən ilə ölkəmiz ixrac edən məhsulların çeşidini artıraraq dünyanın inkişaf etmiş ölkələrinə Azərbaycan brendi adı ilə məhsul satışını təşkil edib. Ölkəmizdə istehsal olunan məhsulların xarici çıxışını sürətləndirmək məqsədilə bir sıra ölkələrdə təşkil olunmuş sərgilərdə fəal iştirak edilib, ticarət evləri yaradılıb. Bütün bunlar Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində baş verib. Asiyanı Avropa ilə birləşdirən nəqliyyat sektorunun yaradılması, enerji təhlükəsizliyinin təmin olunması məqsədilə beynəlxalq layihələrin həyata keçirilməsi möhtərəm prezidentimizin səyi və təşəbbüsü nəticəsində həyata keçirilib və nəticə etibarilə ölkəmiz regionun azad iqtisadi zonasına çevrilib. Bütün bu göstəricilər dünya iqtisadi formun hesabatında nəzərə alınıb və Azərbaycan haqqında hesabatda nəzərdə tutulmuş inkişaf dərəcələrinə uyğun olaraq daima artan templə inkişaf etdiyini bir daha təsdiqlənib, və müsbət rəy bildirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31