Ümumi sığorta yığımları 6,8 milyon manat artıb

"AtaSığorta" ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. "OLAYLAR"-a daxil olan məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta haqqı yığımları 16,3 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,8 milyon manat (71,7 %) artıb. "AtaSığorta" ASC 2018-ci ilin 9 ayı ərzində 6,9 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,6 milyon manat (112,9 %) olub.

Aktivlərinin ümumi həcmi 30,0 milyon manat civarında olan şirkət cari il ərzində nizamnamə kapitalını 2,2 milyon manat (17,7%) artıraraq 14,6 milyon manata çatdırıb. "AtaSığorta" ASC-nin 2018-ci ilin 9 ayı üzrə balans mənfəəti xalis sığorta ehtiyatlarının dəyişməsi nəzərə alınmamaqla 1,0 milyon manatdan çox olub. Eyni zamanda cari ilin 9 ayı ərzində sığorta haqqı yığımlarının artması ilə əlaqədar olaraq sabitləşdirici ehtiyatlarla birlikdə cəmi 4.9 milyon manat əlavə ehtiyatlar yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31