Yeni Yasamala içməli su məhdudiyyətlə veriləcək

Oktyabrın 18-də gün ərzində Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib. Bildirilib ki, buna səbəb Bakı şəhəri Yasamal rayonu ərazisindən keçən magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31