Azərbaycanı səfir Dubay aeroportlarının sədri ilə görüşüb
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubay aeroportlarının sədri Şeyx Ahmed Bin Saeed Al Maktum ilə görüşüb. Şeyx Ahmed Bin Saeed Al Maktum eyni zamanda “Emirates” və “Fly Dubai” hava yollarının, “Dubay World” holdinqinın, “Nur” Bankının, “Dubay Aviation City” korporasiyasının sədridir.
11 Sentyabr 2018 16:36 İqtisadiyyatAzərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov Dubay aeroportlarının sədri Şeyx Ahmed Bin Saeed Al Maktum ilə görüşüb. Şeyx Ahmed Bin Saeed Al Maktum eyni zamanda "Emirates" və "Fly Dubai" hava yollarının, "Dubay World" holdinqinın, "Nur" Bankının, "Dubay Aviation City" korporasiyasının sədridir.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı əsasları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və BƏƏ-nin birinci Prezidenti Şeyx Zayed əl Nəhyan tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyi vurğulanıb. Azərbaycana səfər edən BƏƏ vətəndaşlarının sayının ildən ilə artmasının əməkdaşlığa yeni dinamika verdiyi bildirilib. Vurğulanıb ki, rəsmi statistikaya görə 2017-ci ildə BƏƏ-dən Azərbaycana yüz mindən çox turist səfər edib ki, bu da 2016-ci il ilə müqayisədə 2 dəfə çox olub.
Görüşdə xüsusi vurğulanıb ki, hazırda BƏƏ vətəndaşları Azəbaycana səfər etmək üçün vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında əldə edə bilirlər. Bununla yanaşı cari ilin iyul ayından başlayaraq BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə vizalar Azərbaycanın beynəlxalq hava limanlarında rəsmiləşdirilir.
Səfir BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqlarının birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırdığını Şeyx Əhmədin diqqətinə çatdıraraq, hazırda "Azərbaycan Hava Yolları"nın Bakı-Dubay, BƏƏ-nin "Fly Dubay" şirkətinin Dubay-Bakı və Dubay-Qəbələ, "Air Arabia" şirkətinin Şarja-Bakı, Şarja-Qəbələ, "Etihad" hava yollarının Abu Dabi - Bakı marşrutu üzrə birbaşa uçuşlarının həyata keçirildiyi barədə məlumat vermişdir. BƏƏ turistlərinin Azərbaycana maraqlarının getdikcə artması baxımından səfir BƏƏ-dən Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşların açılmasının vacibliyini ön plana çəkib, bu şəhərlərin və Azərbaycanın digər məkanlarının turistik potensialı barədə danışıb. Eyni zamanda hava daşınmalarına yeni aviaşirkətlərin cəlb olunmasının da məqsədəmüvafiqliyi qeyd olunub.
Görüş zamanı Şeyx Ahmed Bin Saeed al Maktum iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluğunu bildirib, bu əlaqələrin keyfiyyətcə daha da yüksək səviyyəyə qaldırılması üçün zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb. Daha sonra Şeyx Ahmed al Maktum rəhbərlik etdiyi digər qurumların fəaliyyəti barəsində, o cümlədən Dubay Hökumətinin sərmayə layihələri portfelini idarə edən "Dubai World" korporasiyası, Dubai Əmirliyini dünyanın komersiya və logistik mərkəzinə çevirən "Dubai Aviation City Corporation" barəsində məlumat verib. Görüşdə iştirak edən "Azərbaycan Hava Yolları"nın nümayəndəsi Emin Sadıxov BƏƏ-də işlədiyi uzun illər ərzində Şeyx Ahmedin rəhbərlik etdiyi müvafiq qurumlar tərəfindən göstərilən dəstək və əməkdaşlığa görə minnətdarlığını bildirib.