Dövlət Proqramlarının uğurla icrası qısa müddətdə öz bəhrəsini verdi
10 Sentyabr 2018 13:57 İqtisadiyyatBeynəlxalq layihələrin həyata keçirilməsi iqtisadiyyatımızın inkişafını sürətləndirdi
"Regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi ilk növbədə dinamik iqisadi inkişafa nail olmağa və məşğulluğun artırılmasına xidmət edən amillərdən biridir. Qəbul olunmuş Dövlət Proqramına uyğun olaraq ölkəmizdə həyata keçirilən iqtisadi layihələr qısa müddətdə öz bəhrəsini verdi. Son 15 ildə həyata keçirilən Dövlət Proqramına uyğun layihələrlə bərabər beynəlxalq layihələrin həyata keçirilməsi iqtisadiyyatımızın inkişafına təkan verdi. İlk əvvəllər neft sektoruna gələn gəlirin hesabına iqtisadiyyatımızın müxtəlif sahələri, o cümlədən kənd təsərrüfatı sahəsinə yönəldilən vəsaitin hesabına bu sahədə inkişafa nail olundu. Son vaxtlar qeyri neft sektoruna dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində bu sahələr paralel olaraq inkişaf etməyə başladı. Bu inkişaf əhalinin ərzaqla təminatında mühüm rol oynadı".
Bu fikirləri Olaylar.az-a millət vəkili Eldəniz Səlimov deyib.
Azərbaycan kənd təsərrüfatı məhsullarını idxalçılıqdan ixracçıya çevirdi
O bildirib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi dünya iqtisadiyyatına böyük təsir göstərdi. Lakin Möhtərəm Prezidentimizin uğurlu siyasəti hesabına, şaxələnmiş iqtisadiyyatın inkişafı nəticəsində bu proses ölkə iqtisadiyyatımıza zərər verə bilmədi: "Regionların sosial- iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq regionlarda ixtisaslaşmış sahələrin inkişafına böyük diqqət yetirməklə, dövlət vəsaiti yönəltməklə aqroparklar, sənaye məhəllələri, pambıqçılıq, üzümçülük, baramaçılıq, çayçılıq, kartofçuluq, tərəvəzçilik, taxılçılığın inkişafına nail olundu. Bu gün biz kənd təsərrüfatı məhsullarının böyük əksəriyyətini idxalçılıqdan ixracçıya çevirdik. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları dünya standartlarına uyğun olaraq yetişdirilir və onun müxtəlif ölkələrə ixracı təmin olunur"
Möhtərəm Prezidentimizin regionlara səfəri regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramının uğurla yerinə yetirilməsinə təkan verir
Millət vəkili qeyd edib ki, dünyada baş verən iqtisadi böhran zamanı ölkəmizdə mövcud dayanıqlı inkişaf qorunub saxlanıldı: "Dövlət proqramlarına uyğun olaraq regionlarda infrastrukturun inkişafına diqqət xeyli artırılmış, nəticədə regionlarda yaşayan insanların həyat şəraitinin yaxşılaşmasına səbəb olmuşdur. Bu gün ölkəmizin elə bir regionu yoxdur ki, orada yol infrastrukturuna diqqət yetirilməsin. Şəhərlərarası yollarla bərabər kəndlərarası yolların təmirinə diqqət artırılıb. Bir ildə ölkə ərazisində minlərlə km yol yenidən qurulur. Ölkəmizdə iqtisadiyyatı daha da inkişaf etdirmək məqsədilə kiçik və orta sahibkarlara qayğı artırıldı və bunların sayı il-ildən artmaqla ölkə iqtisadiyyatına tövhələr verir. Ölkəmizin bir sıra regionlarında xalçaçı sexlərinin açılması həm milli-mənəvi dəyərlərimizin inkişafı həmdə yeni iş yerlərinin açılmasına xidmət göstərən sahələrdən biridir. Ölkə əhalisinin sağlam ərzaq məhsulları ilə təmin edilməsi üçün ərzaq təhlükəsizliyi agentliyi yaradıldı və bunun fəaliyyəti hamının gözü qarşısındadır. İstehsal olunan kənd təsərrüfatı məhsullarının saxlanması məqsədilə ölkəmizin bütün regionlarında müasir tələblərə cavab verən soyuducular tikilib əhalinin xidmətinə verilmişdir. Möhtərəm Prezidentimizn regionlara səfəri regionların sosial - iqtisadi inkişafı Dövlət Proqramının uğurlayerinə yetirilməsinə təkan verir.
Yerlərdə bir sıra istehsal sahələri açılmışdır ki, buda məşğulluğun artasınma səbəb olmuşdur. Ölkə rəhbərliyi qarşısında duran əsas prioritet məsələlərdən biri ölkənin iqtisadi qüdrətini möhkəmləndirməkdən ibarətdir və buna nail olunur".
İqtisadiyyatımızın sürətli inkişaf modeli ilə formalaşmasına diqqət artırılıb
Eldəniz Səlimov vurğulayıb ki, əhalinin çörəklə təminatında mövcud taxıl sahələrinin artırmadan müasir aqrotexniki xidmətin səviyyəsini yüksəltməklə taxılın məhsuldarlığı xeyli artmışdır: "Kənd təsərrüfatı sahəsinin inkişafında əsas rol oynayan suvarma sistemləri yeni texnologiyanın tətbiqi nəticəsində damcı, çiləmə metodlarından istifadə olunur. Buda həm suya qənaət, həm də torpaqların eroziya uğramasının qarşısının alınmasına təsir göstərir. Ölkə rəhbərliyi tərəfindən iqtisadiyyatımızın sürətli inkişaf modeli ilə formalaşmasına diqqət və qayğı xeyli artmışdır. İqtisadiyyatı inkişaf edən ölkənin hərbi qüdrəti daha da möhkəmlənir. Əmtəə kapitalından insan kapitalına keçid ölkəmizdə böyük diqqət və qayğı ilə əhatə olunur. Bu gün Möhtərəm Prezidentimizin rəhbərliyi və təşəbbüsü ilə yüksək potensiala malik gənclərimiz dünyanın ən aparıcı universitetlərində təhsil alır, geri qayıdaraq ölkəmizin inkşafına öz töhfələrini verirlər. Ölkəmizin inkişafı nəticəsində ölkə daxilində təhsilə diqqət və qayğının artırılması nəticəsində son illərdə 3000-dən çox məktəb tikilərək uşaqlarımızın ixtiyarına verilib, xeyli məktəblər yenidən qurulub, məktəblərin maddi texniki bazası möhkəmləndirilib. Bütün bunlar gənclərimizin təhsilə marağını daha da artırır və ölkəmiz üçün layiqli vətəndaş yetişdirilməsinə xidmət göstərir. Bu sahədə birincı Vitse Prezident Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Təhsillə bərabər Azərbaycan səhiyyəsinə, mədəniyyətinə böyük tövhələr vermiş layihələr həyata keçirilir".
Ölkəmizin xarici dövlətlərlə əməkdaşlığının artması ölkə iqtisadiyyatına böyük təsir göstərir
O bildirib ki, Əsası Ulu öndər tərəfindən qoyulmuş xarici siyasətin uğurla davam etməsi ölkəmizə cəlb olunan xarici investorların ildən-ilə çoxalmasına səbəb oldu: "Ölkəmizdə sabitlik və tərəqqi paralel inkişaf edir və bunun nəticəsidir ki, dünya siyasətçiləri böyük şirkət sahibləri ölkəmizdə həyata keçirilən siyasəti daim diqqətdə saxlayırlar, bunu bəyənirlər və müxtəlif sahələrə investisiyanın qoyuluşuna səy göstərirlər. Ölkəmizin xarici dövlətlərlə əməkdaşlığının artması ölkə iqtisadiyyatına böyük təsir göstərir. Təkcə son vaxtlar Rusiya Federasiyanın Xarvatiya Respublikasının Prezidentləri, Türkdilli ölkələrin VI sammitinin iştirakçıları ilə işgüzar səfərləri nəticəsində imzalanan bir sıra sənədlər ölkələrin qarşılıqlı investisiyaların qoyulmasını daha da inkşaf etdirəcəkdir. Rusiya ilə iqtisadi əməkdaşlığa dair imzalanmış sənədlərə diqqət yetirsək burada ölkə iqtisadiyyatını əhatə edən bütün sahələrin mövcud olduğu məlum olur. Rusiya ilə Azərbaycan arasında birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək ki, buda iqtisadi ticarət əlaqələrinə təkan verəcəkdir. Təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən ildəkinə nisbətən 100 dəfə çox yük daşınır. Türkdilli ölkələrin rəhbərləri ilə görüş zamanı imzalanmış sənədlərdə qarşılıqlı sərmayə qoyuluşunun artırılması türkdilli ölkələri daha da bir-birinə yaxınlaşdıracaqdır. Bu sammitdə Möhtərəm Prezidentimiz türkdilli ölkələri dərin iqtisadi əməkdaşlığa istiqamətləndirdi. Buisə gələcəkdə türkdilli ölkələrin iqtisadi inkişafına təkan verəcəyindən xəbər verir".
Azərbaycan kosmik ölkəyə çevrilib
Millət vəkilinin sözlərinə görə, ölkəmizin şəxalənmiş iqtisadiyyatı inkişafı nəticəsində əldə olunmuş gəlirlərin hesabına Azərbaycan kosmik ölkəyə çevrildi. Bu gün kosmik peykimiz 22 ölkəyə icarəyə verməklə xeyli vəsait əldə olundu.
"Enerji təhlükəsizliyi təmin etmək məqsədilə alternativ enerji mənbələrindən, günəş enerjisindən, külək enerjisində istifadəyə meyillilik xeyli artmışdır. Ölkəmizin iqtisadi qüdrətinin artması nəticəsində "ASAN xidmət" yaradıldı. ASAN xidmətdə xeyli xidmət sahələri birləşdirməklə xalqımıza yüksək səviyyədə xidmət göstərilir. Ölkə iqtisadiyyatının inkişafı, dünya standartlarına uyğun məhsul istehsalı ölkəmizə imkan verdi ki, xarici ölkələrdə ticarət mərkəzləri, ticarət evləri və nümayəndəlikləri yaradılsın. İndiyə qədər bir sıra ölkələrdə bu nümayəndəliklər "Made in Azərbaijan" brendinin dünya bazarına çıxışını və təşviqini təmin edirlər. Son vaxtlar buna misal olaraq Çində şərab evinin açılmasını misal göstərmək olar. Bütün bunlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müstəqil siyasətin aparılmasının bariz nümunəsidir".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir