112 adda yol texnikası və maşın-mexanızmlərin verilməsinə dair akt imzalanıb
Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib.
5 Sentyabr 2018 14:22 İqtisadiyyatÇin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikasi və maşın-mexanızmlər verilib.
"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində sözügedən texnikaların təhvil verilməsinə dair mərasim keçirilib. Mərasimdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin rəhbər şəxsləri, Çin Xalq Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua və səfirliyin əməkdaşları, həmçinin Azərbaycan respublikası Nazirlər Kabinetinin məsul şəxsləri içtirak ediblər. Mərasimdə çıxışı zamanı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iki ölkə arasında olan yaxın münasibətlərdən danışıb və son illər ərzində texniki yardımlar çərçivəsində Çindən yol təsərrüfatında istifadə edilən 239 adda maşın-mexanizm və texnika alındığını bildirib.
Çinin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua da iki ölkə arasında olan dostluq münasibətlərdən söz açıb və bu il ərzində Çindən Azərbaycana 100-dən artıq artıq yol istismarı, təmiri və tikinti texnikalarının çatdırıldığını qeyd edərək, bu cür texniki yardımların növbəti illərdə də qardaş və dost ölkə olan Azərbaycana davam etdiriləcəyini deyib. Daha sonra təhvil-təslim aktı imzalanıb. Aktı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri Vey Cinhua imzalayıblar.