Bu ərazilərə təbii qazın verilməsi dayandırılacaq

"Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması, müvəqqəti halqanın ləğv edilməsi ilə bağlı, sentyabrın 4-də təmir işləri həyata keçiriləcək. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, təmir işləri  başa çatanadək "Sulutəpə", "Alatava", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq. Zəruri təmir işləri ilə əlaqədar,Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami,H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Görülən  təmir işlərinin Yasamal və Nərimanov rayonlarının,həmçinin Yeni yasamal yaşayış massivi, Şərifzadə,Vasif Əliyev və Xıdır Musdafayev  küçələrinin  bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31