Buzovna qəsəbəsinə içməli su fasilə ilə veriləcək
4 Sentyabr 2018 12:43 İqtisadiyyatSentyabrın 4-də gün ərzində Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Bakı şəhəri Sabunçu rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31