“Aqrolizinq”in rəhbərliyi fermerlərlə görüşəcək

"Aqrolizinq" ASC-nin bir qrup rəhbər işçiləri "Regionlarda maarifləndirmə və sorğu" layihəsi çərçivəsində 8 sentyabr 2018-ci il tarixində, saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı və İmişli rayonlarının sakinləri ilə görüş keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a Kənd Təsərrüfatı Nazirliyindən daxil olub. Bildirilib ki, görüşün əsas məqsədi "Aqrolizinq" ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31