Ərdoğandan valyuta kursu ilə bağlı suallara maraqlı CAVAB: "Bu da keçib gedər..."
31 Avqust 2018 21:37 İqtisadiyyatTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı türk lirəsinin dollar qarşısında sürətlə ucuzlaşmasına münasibət bildirib.
Olaylar.az xəbər verir ki, Ərdoğan çıxışında valyuta kursundakı dalğalanmalarla bağlı "Bu da keçib gedər!" deyib.
"Hüquqi şəkildə davam edən məhkəmə prosesini bəhanə edərək Türkiyəyə iqtisadi sanksiyalar qoymaq heç bir formada izah etmək mümkün deyildir. Avropa İttifaqı üzvlüyü üçün şərtləri necə fırıldaq hazırladıqlarını bilirik. İqtisadiyyat sahəsində baş verənləri bunlardan müstəqil şəkildə görmürük. Hər şey açıq-aydın ortalıqdadır. Biz müsbət və mənfilərimizin fərqindəyik. Valyuta kursundakı qeyri-stabillik ölkəmizə qarşı əməliyyatdır. Terror təşkilatları ilə, xəyanət şəbəkələri ilə edə bilmədiklərini valyuta kursu halına saldıqları iqtisadi silahla həyata keçirmək istəyirlər. Türkiyə bu hücumlarından da öhdəsindən gələcək. Valyuta kursu necə olacaq deyənlər varsa, onlara verəcəyimiz cavab budur: Bu da keçib gedər!
Nə edirlər etsinlər, 2023 hədəflərinə çatmağımızın qarşısını ala bilməyəcəklər. İxracatımız artmağa davam edir. Turizm, ticarət tarixi rekordlar qırdı. Bu daha keçər. İqtisadi idarəetməmiz lazımi olan bütün tədbirləri görür, əlaqə saxlayırıq".