Mexanizatorlara sertifikat verilib
21 Avqust 2018 13:39 İqtisadiyyat"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində "Jonh Deere" markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlim kursları başa çatıb. "OLAYLAR" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, iyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlər bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə keçirilib.
Təlimlərin yekununda kursları müvəffəqiyyətlə bitirmiş 160 mexanizatora sertifikat təqdim olunub. Kursu bitirə bilməyən mexanizatorlar bu il pambıq yığımı prosesində iştirak edə bilməyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31