Azərbaycanda pambıqyığan kombaynları idarə edəcək 160 mexanizatora sertifikat təqdim olunub
21 Avqust 2018 11:21 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyiyanında "Aqrolizinq" ASC-nin Yevlax rayon nümayəndəliyində yerləşən təlim mərkəzində "Jonh Deere" markalı pambıqyığan kombaynlarını idarə edəcək mexanizatorlar üçün keçirilən təlimlər başa çatıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Məlumata görə, iyulun 23-dən keçirilən təlimlərə 230 mexanizator cəlb olunub. Təlimlər bu il pambıq yığımının tam itkisiz və vaxtında həyata keçirilməsi məqsədilə keçirilib.
Təlimlərin yekununda kursları müvəffəqiyyətlə bitirmiş 160 mexanizatora sertifikat təqdim olunub. Kursu bitirə bilməyən mexanizatorlar bu il pambıq yığımı prosesində iştirak edə bilməyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31