Azərbaycan ötən il də Gürcüstana ən çox yatırım edən ölkə olub

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub. 

Azərbaycan bu göstəriciyə görə bütün ölkələri arxada qoyub. 

Məlumata görə, Gürcüstanın 2-ci ən böyük investoru Niderland (356,7 mln. dollar), 3-cü ən böyük investoru isə Türkiyə olub (286 mln. dollar).

Ümumilikdə ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.

"Reprot"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31