“Yüksək Texnologiyalar Parkı”nda yeni təyinat
14 Avqust 2018 17:36 İqtisadiyyatAzərbaycan Milli Elmlər Akademiyasının "Yüksək Texnologiyalar Parkı"nın ümumi məsələlər üzrə direktor müavini Elxan Bayramov texnoparkın direktor vəzifələrini müvəqqəti icra edən təyin olunub.
Bu barədə "Yüksək Texnologiyalar Parkı"ndan bildiriblər.
E.Bayramov bu vəzifədə Vüqar Babayevi əvəz edib.
Qeyd edək ki, V.Babayev hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar elm və informasiya məşvərət mərkəzinin baş direktor vəzifəsini tutur.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31