"Aqrolizinq”ə daha bir sədr müavini təyin edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin İdarə Heyətinə daha bir sədr müavini təyin edilib.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, nazir İnam Kərimovun müvafiq əmri ilə Ziya Vəliyev sözügedən vəzifəyə gətirilib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31