Vergilər Nazirliyində görüş keçirilib

Vergilər Nazirliyində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori ilə görüş keçirlib.

Vergilər Nazirliyində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori ilə görüş keçirlib.

Nazirlikdən "Olaylar"a verilən məlumata görə, vergilər naziri Mikayıl Cabbarov qonağı salamlayaraq, bu tanışlıqdan məmnun olduğunu bildirib, vergi sistemində aparılan son struktur islahatları barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub. Tərəflər Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31