Azərbaycan və Türkiyənin qarşılıqlı investisiyaları 26 mlrd. dollara çatıb
Azərbaycan bu günə qədər Türkiyə iqtisadiyyatına 13,9 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan çox investisiya qoyub.
10 İyul 2018 17:37 İqtisadiyyatAzərbaycan bu günə qədər Türkiyə iqtisadiyyatına 13,9 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan çox investisiya qoyub.
Bunu Prezident İlham Əliyev Bakıda Türkiyədən olan həmkarı Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında deyib.
"Yalnız qardaş ölkələr arasında bu qədər qarşılıqlı investisiya (26 mlrd. dollar) ola bilər. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi də artır və daha da artmalıdır", - deyə dövlət başçısı qeyd edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31