Rusiyalı və hindistanlı qonaqlar Qiymətləndiricilər Cəmiyyətində olub
15 May 2018 17:17 İqtisadiyyatAzərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin iclası olub. Toplantıda Rusiya Federasiyası və Hindistandan gəlmiş qiymətləndiricilər də iştirak edib.
Bu barədə AQC sədrinin müavini, Koneko Group şirkətinin direktoru Vüqar Oruc məlumat verib.
V.Oruc bildirib ki, AQC-nin qonaqları öz ölkələrində qiymətləndirmə fəaliyyətinin hazırki durumu ilə bağlı məlumat verib, fikir və təcrübə mübadiləsi aparıblar.

Qərara alınıb ki, ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı şəkildə təcrübə mübadiləsini aparılması üçün müvafiq addımlar atılsın. Qonaqlar çıxışından sonra təşkilatdaxili işlər və ötən iclasın qərarlarının yerinə yetirilməsinin vəziyyəti ilə bağlı müzakirlər aparılıb.
Qərara alınıb ki, ikitərəfli müqavilələr bağlansın və əməkdaşlıq genişləndirilsin.

Cebhe.info