Şəmkir rayonunda kənd təsərrüfatının inkişafı qarşıda duran başlıca vəzifələrdəndir

Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Şəmkir rayonunun da iqtisadi həyatında müşahidə olunub. Bu surətli inkişaf 2018-ci ildə davam edib, istehsal və xidmət sahələrində qazanılmış uğurlar yüksək artım sürətini təmin edib. Əldə olunmuş uğurları əyani nümayiş etdirən maktoiqtisadi göstəricilər rayonun inkişaf surətinə görə öncüllər sırasında olduğunu göstərir. Son illərdə bir sıra ölkə əhəmiyyətli tədbirlərin Şəmkirdə həyata keçirilməsi rayonun sosial-iqtisadi həyatının daha da canlanmasına səbəb olmuş, davamlı inkişaf üçün əsaslı zəmin yaratmışdır. Belə ki, rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində sonillər əldə olunmuş nailiyyətlər davam etməkdədir. Məlum olduğu kimi Şəmkir rayonu Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Bu sahənin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Rayonun kənd təsərrüfatının əsas sahəsi əkinçilikdir. Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında keçirilən tədbirlər planına uyğun olaraq rayonda əkinçiliyin inkişafına nail olmaq üçün xeyli işlər görülmüşdür. Respublikamızın hər yerində olduğu kimi Şəmkir rayonunda kənd təsərrüfatında ciddi islahatların aparılması regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində 2018-ci təsərrüfat ilində rayonun aqrar sektorunda böyük irəlləyişə nail olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun olaraq Şəmkir rayonu üzrə kənd təsərrüfatı məhsulları istehsalçılarına yardım edilmişdir. Göstərilən qayğının nəticəsi olaraq əkin sahələrində, həmçinin əldə olunmuş məhsulun miqdarında əvvəlki illə müqayisədə xeyli artım baş vermişdir. Bu ilin məhsulu üçün keçən ilin payızında 14389 hek sahədə taxıl əkilmişdir. Onun 12201 hektarı buğda, qalan 2188 hektarı isə arpa olmuşdur. 10295 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun 675 hektarı yazlıq arpa, 400 hektar dən üçün qarğıdalı, 4000 hektar kartof, 5150 hektarı tərəvəz, 70 hektarı isə şəkər çuğunduru olmuşdur. Yazlıq bitkilərin səpini keçən ilin eyni dövrü ilə müqaisədə 201 hektar və ya 2.0 faiz çoxdur.
Şəmkirdə heyvandarlıq məhsullarının istehsalında və mal-qaranın baş sayında da artım olmuşdur. Belə ki, bu ilin I rübündə bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2034 ton ət, 12432 ton süd,11398 min ədəd yumurta istehsal edilmişdir. Bu göstəricilər keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2.1 faiz, süd istehsalı 3.3 faiz, yumurta istehsalı isə 0.8 faiz artmışdır. 2018-cı ilin birinci rübündə rayon üzrə iribuynuzlu mal-qaranın baş sayı 61442, o cümlədən ana mal 29322, qoyun və keçilərin baş sayı isə 304815 baş olmuşdur. 2017-ci ilin eyni dövrü ilə müqaisədə iri buynuzlu mal-qaranın baş sayı 12 baş, o cümlədən inək 18 baş, qoyun və keçilər isə 194 baş artmışdır.
Regionların sosial-iqtisadi inkişafı dövlət prioqramları çərçivəsində Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, kiçik və ya ortahəcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib. İlin bütün fəsillərində süfrəmizi təzə tərəvəzlə təmin etmək üçün dünyanın ən son nəsil istixanalarından istifadə olunur. Ekoloji cəhətdən təmiz, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu yetişdirib, həm daxili, həm də xarici bazarı təmin etmək üçün Şəmkirdə inşa olunmuş istixanada belə məhsul yetişdirilir.Günün həqiqəti budur ki, bu gün Şəmkirdə ən gəlirli sahələrdən birinə çevrilən istilikxanalar hesabına faraş tərəvəz bolluğu təmin olunub. Bunun nəticəsidir ki, 2017-ci ildə rayonda ümumi məhsul istehsalı 58,2 faizdən çox artmışdır. 2018-ci ildə Şəmkir rayonunda yerləşən istixanalarda 15 min tona yaxın məhsul istehsal olunub. İstehsal olunan məhsulların böyük hissəsi pomidorun payına düşür. Belə ki, Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 2018-ci ildə 827 hektar əraziyə pomidor və xiyar əkilib. Bunun da 717 hektarı pomidorun, 110 hektarı isə xiyar təsərrüfatının payına düşür. Cari ildə ilkin olaraq pomidorun 120 hektarında, xiyar əkilmiş istixanaların isə 30 hektarında məhsul yığımı aparılıb. 2018-ci ildə Rusiya bazarına 10 min ton pomidar ixrac edilib. Onu da qeyd edək ki, Şəmkirdə istixanaların ümumi sahəsi 923 hektardır. 2018-ci ildə daha 100 hektar yeni istilikxanaların yaradılması nəzərdə tutulur.
 Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində rayonunda rayon təsərrüfatlarında 2018-ci ilin məhsulu üçün rayon üzrə 14 min 389 hektar sahəyə toxum səpilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 260 hektar artıb. Taxıl əkinlərinin 12 min 201 hektarını buğda, 2 min 188 hektarını isə arpa sahələri təşkil edir. Bundan başqa cari ildə 4 min hektar ərazidə kartof, 5151 hektar ərazidə tərəvəz bitkiləri, 70 hektar ərazidə isə şəkər çuğunduru əkilib. Hazırda təsərrüfatlarda əkinlərə aqrotexniki qulluq göstərilir və sahələrə yemləmə gübrəsi verilir. Tayonda son üç ayda rayonda 1494 yeni iş yeri yaradılıb ki, onun da 662-si daimidir.
Son illər Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində ölkənin şəhər və kəndlərinin, eyni zamanda Şəmkir rayonu, onun qəsəbə və kəndlərinin siması dəyişir, yeniləşir. İcra başçısı hər zaman qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü sayəsində son illər Şəmkir rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılıb. Bunun bariz nümunəsi kimi ötən il ərzində ölkə başçısının Şəmkir rayonuna səfərini göstərmək olar. Həmin səfər çərçivəsində Prezident İlham Əliyev "Şəmkir Aqroparkı"nın, "Azərxalça" ASC-nin Şəmkir filialının, "Azərişıq" ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin, Mobil Səhra Cərrahiyyə Hospitalı və Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun təntənəli açılış mərasimində iştirak edib, eyni zamanda cənab Prezident Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevə rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar alınıb. Hazırda da Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində sosialyönümlü tədbirlər davam etdirilir, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Elə bu günlərdə rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Şəmkir Bələdiyyəsinin dəstəyi ilə Şəmkir şəhəri ərazisində yerləşən körpülərdə təmizlik işləri başladılıb. Hazırda yerli sakinlərin köməyi ilə körpünün ətrafı təmizlənir, yol genişləndirilir, körpüdə elektrik dirəkləri yenilənir və iri tutumlu avtomobillərin keçidi üçün körpünün yanından əlavə yol salınır. Təmizləmə işləri başa çatdıqdan sonra körpüdə rəngləmə işləri aparılması və ətrafda yaşıllığın salınması planlaşdırılr.
Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır. Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaxından nəzarəti və köməkliyi ilə yeni səhiyyə ocağının tikintisi sürətlə aparılır. Rayon rəhbərliyi müntəzəm olaraq tikintiyə baş çəkir, inşaat işlərinin gedişi ilə maraqlanır. Bu da son nəticədə tikintinin sürətlə aparılmasına təkan verir. Hazırda tikinti işləri sürətlə aparılır. Belə ki, binanın örtük hissəsində tamamlama işləri aparılıb və yekunlaşmaq üzrədir. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri demək olar ki, başa çatdırıblar. Eyni zamanda binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür.Binanın ətrafında görülən işlərdən biri də qazanxana binasının tikintisidir. İnşaatçılar bu işi başa çatdırmaq üzrədir. Eyni işlər nasos stansiyasında da həyata keçirilir. Bununla yanaşı, bina ətrafı torpaq işləri də həyata keçirilir ki, o da sona çatmaq üzrədir.
Bundan başqa, rayonda 190 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, lor, ginekalogiya, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək. Şəmkir Rayon Mərkəzi Xəstəxanası üçün inşa edilən yeni binada tikinti işləri nəzərdə tutulduğu kimi və ahəngdar gedir. Bu da yeni tibb ocağının vaxtında istifadəyə veriləcəyindən xəbər verir. Onu da xatırladaq ki, yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi məqsədilə Şəmkir rayonunun büdcəsi təsdiq edilib. Büdcənin təsdiqi zamanı 2018-ci ildə olduğu kimi 2019-cu ildə də Şəmkir rayonunun büdcəsində sosial yönümlülük əsas götürülüb. Məqsəd 2019-cu ildə də yığılacaq vəsaitin ən zəruri məqsədlər üçün istifadə olunmasını təmin etməkdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31