"Quş qripi"nə görə qadağa qoyulmuş Rusiyadan quş ətinin idxalına icazə verildi

İraq Rusiyadan quş əti idxalına qoyulan qadağanı aradan qaldırıb.

Bu gündən etibarən Rusiya İraqa bütün növ quş ətini, yumurta, dondurulmuş ət, eləcə də quş lələyi ixrac etmək hüququnu bərpa edir.

Qeyd olunur ki, Rusiyadan İraqa quş əti tədarükü Rusiyada qeydə alınmış "quş qripi" virusu ilə əlaqədar ötən il dayandırılmışdı. Bu qərar bütün Rusiya ərazisindəki məhsullara şamil olunmuşdu.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31