"AtaSığorta" İlin Agent Gününü keçirib
14 May 2018 14:48 İqtisadiyyat"AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə daxil olan sığorta vasitəçiləri və məsləhətçilərinin Quba şəhərində illik toplantısı - "İlin Agent Günü" keçirilib.
"OLAYLAR" xəbər verir ki, İdarə Heyətinin sədri Müseyib Əliyev və İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənovun iştirakı ilə baş tutan tədbirdə 100-dən artıq sığorta agenti, satış təmsilçiləri, filial və nümayəndəlik rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə açan "AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev sığorta sektorunda müşahidə olunan tendensiyalar və cari vəziyyətlə bağlı məlumat verməklə maliyyə sektorunun daha böyük potensiala malik olmasını və sığorta vasitəçilərinin bu istiqamətdə səylərini yüksək qiymətləndirdiyini vurğulayıb. Deyib ki, sığorta sahəsində geniş əhali kütləsinin maarifləndirilməsi prosesində agent şəbəkəsinin əhəmiyyətli rolu vardır. Qeyd olunub ki, "AtaSığorta" ASC hər zaman sığorta agentlərinə öz peşəkar biliklərini təkmilləşdirmək və satış prosesinin təşkilində uğurlu karyera qurmaqda dəstək verməyi davam etdirəcək.
Növbəti çıxışda İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənov "AtaSığorta" ASC-nin sığorta sektorunda agentlərin fəaliyyətlərinə müsbət təsir edəcək son yenilikləri və bu yeniklərin yerli bazarda tədbiqi imkanları, sığorta agentlərinin inkişafına dair planlar və strategiyalar, həmçinin agent şəbəkəsi vasitəsi ilə könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərin avtomatlaşdırılması üzrə təkliflər və layihələr haqqında məlumatlar verib.
Tədbirdə sığorta vasitəçiləri və məsləhətçilərini maraqlandıran suallar cavablandırıldı. Fəal sığorta vasitəçilərinə sertifikat və qiymətli hədiyyələr təqdim edilib.