Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək

Mayın 7-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Hibrid hərracda 350 000 000 (üç yüz əlli milyon) manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-10,99 faiz təşkil edir.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31