Uşaqlara, dullara və hərbçilərə müavinət
4 May 2018 11:02 İqtisadiyyatBu gün təqaüd, sosial müavinət və maaş terminlərini bilməyən adam yoxdur. Amma görəsən dünya tarixində ilk dəfə bu sistemi kim qurub?
Bu sualın cavabını tarixçi-alim Əkbər Nəcəf açıqlayıb:
"İlk pensiya, sosial müavinət, uşaq pulu sistemini Xəlifə Ömər təsis edib. Buna görə, ilk sırada Peyğəmbərin dul xanımları yer alırdı. Onlara illik 12-10 min dərhəm arasında maaş ödənilirdi. İkinci sırada əsgərlər gəlirdi. Onlardan Bədirdə iştirak edənlərə 4 min, digər savaşlarda yer alanlara 2 min dirhəm verilirdi. Üçüncü sırada mühacirlər gəlirdi. Onlara 3-2 min dirhəm arasında sosial müavinət ayrılırdı. Geri qalanlar isə 1,5 min dirhəm alırdılar. Süddən kəsilməyən uşaqlara 10, kəsilənlərə isə 100 dinar uşaq pulu ödənilirdi.
Bu sistemə Əbu Sufyan etiraz etmiş və bunun ərəbləri tənbəlləşdirəcəyini dilə gətirmişdi. Həqiqətən də bir müddətdən sonra qadınlar daha çox pul almaq üçün uşaqlarını daha tez süddən ayrımağa başladılar. Bunun üzərinə Xəlifə Ömər uşaq pullarında daha diqqətli tədbirlər alaraq sosial müavinət sistemini tətbiq etməyə davam etmişdir.
Olke.az