Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulması yekunlaşır
3 May 2018 10:54 İqtisadiyyatRespublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun (R18) qalan 112 km-lik Qarağacı-Bəhramtəpə hissəsinin (km 26-138) yenidən qurulması yekiunlaşmaq üzrədir.
Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bundan öncə yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16.5 km-lik və 26 km-lik Aran-Qarağacı hissəsiləri yüksək səviyyədə qurularaq prezident İlham Əliyevin iştirakı vətəndaşların istifadəsinə verilib.
Yolun 42.5-154.5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilərək yekunlaşdırılır. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.
Layihəyə uyğun olaraq respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Qarağacı-Bəhramtəpə hissəsində yolun altından suların ötürülməsi üçün ümumi uzunluğu 5155 paqon-metr olan 224 ədəd dairəvi suötürücü borunun quraşdırılması və 27 yerdə 629 paqon-metr uzunluğunda düzbucaqlı su keçidinin inşası aparılaraq yekunlaşdırılıb. Bundan başqa yolun altından keçidi təmin etmək məqsədi ilə ümumi uzunluğu 278 paqon-metr 17 ədəd alt keçidin inşası aparılıb.
Yol boyu 3 ədəd yeni körpünün inşası da yekunlaşmaq üzrədir.