Ağstafa rayonunun inkişafında regionların sosial-iqtisadi inkişaf proqramları əhəmiyyətli rol oynayır
2 May 2018 15:37 İqtisadiyyatEtiraf edilməlidir ki, respublikanın şəhər və rayonlarının inkişafında regionların sosial-iqtiisadi inkişafı ilə bağlı dövlət proqramları əhəmiyyətli rol oynayır. Məhz sözügedən proqramların icrası nəticəsində rayonların iqtisadi vəziyyətinin dirçəlməsi ilə paralel olaraq əhalinin də sosial rifah halı yüksəlmiş olur. Regionların sisial-iqtisadi inkişf proqramları Ağstafa rayonunun da inkişafı ilə müşahidə olunub. Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, ölkə başçısının bölgələrə vaxtaşırı səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməsi, sahibkarlığın inkişafına, işsizliyin aradan qaldırılmasına yönəldilmiş bir sıra qlobal layihələrin həyata keçirilməsi qarşıda duran sosial-iqtisadi vəzifələri həll etməyə imkan verir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası ölkənin bütün bölgələrində olduğu kimi Ağstafanın da inkişafına böyük təkan vermişdir. Azərbaycan Respublikasının Prezidentinin son illər rayonumuza səfərləri zamanı Ağstafa şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenilənməsinin, Heydər Əliyev və Səməd Vurğun parklarının yenidən qurulmasının, Musiqi Mərkəzinin, "Karvan-L" EKO sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirakı, yeni inşa olunmuş Gənclər Mərkəzi, Yazıçılar Evi, Paintbol atıcılıq mərkəzi, Tarixi abidələr parkı, Bayraq Meydanı, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzi, Rayon Mədəniyyət Mərkəzi ilə tanış olmağı və "Modern" mebel fabrikinin, "Ağstafa Aqrar Sənaye Kompleksi"nin təməlqoyma mərasimində iştirakı hər bir ağstafalının yaxşı xatirindədir. Ağstafa rayonunda həyata keçirilən sosial-iqtisadi islahatlar, ağstafalıların həyatında, onların maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Məhz bunun nəticəsidir ki, son 7 ildə rayonda ümumi məhsul buraxılışının həcmi 2,9 dəfə, sənaye məhsulu istehsalı 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,0 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 9,2 dəfə, orta aylıq nominal əmək haqqı 1,4 dəfə artmışdır. Ağstafa rayonunda sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən dövr ərzində 7009 yeni iş yeri açılmışdır. Yeni iş yerləri təkcə kənd təsərrüfatı ilə bağlı sahələrdə deyil, rayonun sənayesini əhatə edən yeni müəssisələrin və turizmin inkişafı hesabına artmışdır. Ötən il rayona 34,8 milyon manat özəl investisiya qoyulmuşdur, bundan 25 milyon manatı xarici investisiyadır. 2017-ci ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika daha da inkişaf etmiş, ümumi məhsul buraxılışının həcmi 53.5 faiz artaraq 208.8 milyon manata çatmışdır. Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsulunun həcmində 29.7 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmində 28.4 faiz, tikintidə 2.2 dəfə, nəqliyyat xidmətində 4.0 faiz, rabitə xidmətində 6,0 faiz, ticarətdə 4.7 faiz artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.2 dəfə artmış və 95.2 milyon manat həcmində olmuşdur. Nəzərinizə çatdırım ki, ümumi məhsul buraxılışının tərkibində tikinti-quraşdırma işlərinin xüsusi çəkisi 42.4 faiz təşkil edir. Rayon üzrə orta aylıq nominal əmək haqqı 241.7 manat təşkil edir. Ağstafa rayonunun yaşayış məntəqələri 98 faiz mavi qazla təmin olunmuşdur. Ötən il Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə təbii qazın verilməsi bərpa olunmuşdur. Yaxın vaxtlarda Böyük Kəsik kəndinə də təbii qazın verilməsi ilə Ağstafa rayonu tam olaraq təbii qazla təmin edilmiş rayonların siyahısına daxil ediləcəkdir. Tarixə qovuşan 2017-ci il Ağstafanın yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı surətdə yenidən qurulması kimi yaddaşlara həkk olundu. Ümumi uzunluğu 15,5 km olan Ağstafa-Köçəsgər, Eynallı, Qırılı, 24 km uzunluğu olan Vurğun-Köhnəqışlaq, 9,8 km uzunluğunda Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu, 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı-Həzi Aslanov avtomobil yolları yenidən qurularaq ağstafalıların istifadəsinə verildi. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. 2017-ci ildə rayonumuzda ictimai siyasi vəziyyət sabit olmuşdur. Hesabat ili ərzində rayonun ictimai-siyasi və dini vəziyyəti sabit olmuş, hər hansı narahatçılıq yaradacaq hadisə baş verməmişdir: "2017-ci ildə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə 44 səyyar qəbul görüş keçirilmişdir. Bu qəbullarda 4891 nəfər sakin iştirak etmiş, 450 təklif verilmişdir. Qaldırılan problem və təkliflərin 225-i həll olunub, 94-nün icrası davam etdirilir, 131 təklifin icrası ilə əlaqədar müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının aparatında və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə sənədlərlə işin vəziyyəti və kargüzarlığın təşkili nəzarətdə saxlanılmışdır. Cari ildə daha böyük və həcmli layihələrin icrasının həlli, yeni və müasir sosial obyektlərin tikintisinin artırılması, abadlıq, yenidən qurma və tikinti işlərinin genişləndirilməsi, qəsəbə və kəndlərdə sosial infrastrukturun yenilənməsi, rayonda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sahəsində daha böyük həcmdə layihələrin icrasına nail olunmalıdır. Biz ağstafalılar həmişə olduğu kimi, bundan sonra da həyata keçirilən möhtəşəm quruculuq işlərində daha da yaxından iştirak edəcək, Respublika Prezidentinin böyük diqqət və qayğısına əməli işimizlə cavab verəcək, müstəqil Azərbaycanımızın inkişafı naminə üzərimizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəyik".
Regionların sosial-iqtisadi inkişf proqramlarının uğurla icrası nəticəsində cari ilin birinci rübündə də Ağstafa rayonunda uğurlar əldə edilib. Rayon icra hakimiyyətindən verilən mlumata görə, aprelin 9-da Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələr Ağstafa rayonunda da yerinə yetirilməkdədir. Görülən işlər, ilin birinci rübünün yekunları, sosial-iqtisadi göstəriciləri 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağından xəbər verir. Belə ki, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir ki, qeyri-neft sektorumuz təxminən 3 faiz artmışdır. Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Kənd təsərrüfatında 4,2 faiz artım olmuşdur. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuşdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. Dövlət proqramlarının icrası nəticəsibdə 2018-ci ilin 3 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 1.0 faiz artmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 2 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 6.8 faiz artmış, nəqliyyat xidmətində 5.7 faiz, rabitə xidmətində 0.9 faiz, ticarət sahəsində 6.3 faiz artım olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 2.6 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 244.90 manata çatdırılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.6 milyon manat olmuşdur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 4 layihə üzrə 33.7 min manat güzəştli kreditlər verilmişdir. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 1milyon 66 min manat və 98.0 min ABŞ dolları həcmində olmuşdur, bütövlükdə rayon əhalisinin əmanətlərinin həcmi 1 milyon 233 min manat civarındadır, əmanətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə artmışdır. Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin yanvar-mart ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 460.1 min manat və ya 6.8 faiz artmışdır. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 09 aprel 2018-ci il tarixdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Sərəncama əsasən Ağstafa rayonunun Köçvəli və Yenigün kəndlərinin içməli su təminatı yaxşılaşdırılacaqdır. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05 aprel 2018-ci il tarixdə Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. O cümlədən Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 min manat vəsait ayrılıb. Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Bütün sadalanan tədbirlərin həyata keçirilməsi Ağstafa rayonunun simasını dəyişdirəcək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.