"Azərikimya"nın Müşahidə Şurasına yeni sədr təyin olundu
1 May 2018 16:27 İqtisadiyyatSOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasına yeni sədr təyin olunub.
İstehsalat Birliyinin Müşahidə Şurasının yeni sədri vəzifəsinə İmran Yaqub oğlu Arzumanzadə seçilib.
Məlumata görə, bu gün keçirilən iclasda SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SOCAR vitse-prezidentləri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.
Qeyd edək ki, İ. Arzumanzadə bundan əvvəl "Azərikimya" İB-nin icraçı direktorunun Satış və satılmalar üzrə müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Xatırladaq ki, bundan əvvəl "Azərikimya"nın Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev olub. Azərbaycan prezidenti İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncamı ilə M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub.
Apa.az