Azərbaycana məhsulları xaricə ən çox “Alibaba.com”dan satılır
28 Aprel 2018 00:00 İqtisadiyyatAzərbaycan mallarına daxil olmuş ən çox sifariş "Alibaba" onlayn ticarət portalındandır.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin aprel sayı təqdimində deyilir.
Təqdimatda deyilir ki, 2018-ci ilin I rübündə Azərbaycan mallarına daxil olan ixrac sifarişlərinin portalları üzrə göstəricilərə 48,8% "Alibaba", 23,9% "All.biz" və 16,6% hökumətin təşəbbüsü ilə yaradılan "Azexport.az" saytıdır. Məlumatda qeyd edilir ki, ümümilikdə Azexport.az portalına 2018-ci ilin yanvar-mart aylarında 185,6 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.
Qeyd edək ki, cəmi sifariş həcmi 356,4 milyon ABŞ dolları təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31