Dünya böyük fəlakətlə üz-üzə: 400 trilyonluq kəsir
27 Aprel 2018 13:04 İqtisadiyyatDünya sosial sistemində təqaüd xərcləri arasındakı uçurum sutkalıq 28 milyard dollar artır.
Bu iddia ilə ABŞ-ın "Stratfor" şirkəti çıxış edib. Şirkət bu temp sayəsində 2050-ci ildə dünya təqaüd sistemində defisitin 400 trilyon dollardan çox olacağını bildirib. Bu göstəricinin ümumilikdə dünya iqtisadiyyatının məcmu göstəricisindən 5 dəfə çox olacağı açıqlanıb:
"Ümumdünya İqtisadiyyat Forumunun hesablamalarına əsasən, 2015-ci ildə təkcə Kanada, Avstraliya, Niderland, Yaponiya, Hindistan, Çin, Britaniya və ABŞ-ın təqaüd sistemində kəsir 70 trilyon dollar təşkil edib. 1940-cı illərin əvvəllərində hazırlanan sosial təminat proqramlarının şərtləri güclü dəyişikliyə məruz qalır. İnsanların həyat davamlılığı yüksəlir, təqaüdə çıxmaq üçün yaş göstəricisi əksər iqtisadiyyatlarda dəyişməz qalır. Bu isə insanların indiyə qədər qazandıqlarından daha çox xərcləməyə başladıqları anlamına gəlir".
Axar.az