Bakı gömrük və biznes liderlərini bir araya gətirəcək

2018-ci il mayın 2-4 tarixlərində Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçiriləcək. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, tədbiri adı çəkilən beynəlxalq assosiasiya və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi birgə təşkil edir.

2018-ci il mayın 2-4 tarixlərində Bakı şəhərində Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçiriləcək. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, tədbiri adı çəkilən beynəlxalq assosiasiya və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi birgə təşkil edir. Konfransda 25 ölkədən 150 nümayəndənin iştirakı gözlənilir.Toplantının açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet iştirak edəcək. Məruzəçilər sırasında Səlahiyyətli İqtisadi Operator (SİO) proqramının dünya üzrə lideri Lars Karlsson da olacaq. Tədbirə gömrük orqanları, logistika və nəqliyyat şirkətlərinin nümayəndələri qatılacaq.

Qeyd edək ki, bu gün Azərbaycan beynəlxalq ticarətdə strateji nəqliyyat və logistika mərkəzidir. Beynəlxalq ticarətdə baş verən yeniliklər gömrük qarşısında yeni tələblər deməkdir. Bakıda keçiriləcək SİO Beynəlxalq Konfransı gömrük-biznes əməkdaşlığında maraqlı olan şirkətlər üçün nəzərdə tutulur. Konfransda təhlükəsiz biznes mühitinin başlıca elementləri, SİO proqramı üzrə dövlət və özəl sektor təcrübəsi, blok zənciri, gömrük və logistika əməliyyatları kimi təchizat zəncirinin təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31