Göygölün yaşayış məntəqələri qazlaşdırılır
26 Aprel 2018 13:00 İqtisadiyyatRespublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq Göygöl rayonunda da işlər davam etdirilir.
Bu ilin birinci rübündə görülmüş işlər çərçivəsində Göygölün Qızılca kəndində 621 paqonametr, Yeni Qızılca kəndində isə 11 min 226 paqonametr qaz xətti çəkilib, 51 ədəd qaz sayğacı quraşdırılıb. İşlər yekunlaşdıqdan sonra 1525 abonent qazla təchiz ediləcək.
Hər iki kənddə görülən işlərin bu ilin birinci yarısınadək yekunlaşdırılması planlaşdırılıb.
Həmçinin Prezidentin müvafiq Sərəncamı əsasında Kərəmli kəndinə 4 min 200 paqonmetr, Şəhriyar kəndinə 1680 paqonmetr müxtəlif diametrli qaz xətti çəkilib. Hazırda bu istiqamətdə də işlər davam etdirilir.
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31