“Bank Silk Way”in kredit portfeli kiçilib
26 Aprel 2018 12:12 İqtisadiyyatAzərbaycan kommersiya bankı olan "Bank Silk Way" ASC-nin kredit portfeli kiçilib.
Bu barədə Bankın 2018-ci ilin ilk rübünə olan hesabatda deyilir.
"Bank Silk Way"in aktivləri ilin əvvəli ilə müqayisədə 12,49 mln. manat artaraq 492,87 mln. manat olub. Bununda 412,67 mln. manatı kredit portfeli təşkil edib ki, bu da ilin əvvəli ilə müqyisədə 11,36 mln. manat az olması deməkdir. Hazırda kredit portfelinin də 400 mln. manatı xalis kreditlərdir.
"Bank Silk Way"ın cəmi öhdəlikləri 2% azalaraq 363,35 mln. manat təşkil edib. Depozit portfelinin öhdəliklərdəki çəkisi 3 ay ərzində 68%-dən 89%-ə qədər artaraq 324,79 mln. manat edib.
Bankın hazırda cəmi kapitalı 129,53 mln. manat təşkil edir ki, bunun da 13,66 bölüşdürülməmiş mənfəət və 104,6 mln. manatı səhmdar kapitalıdır.
Banker.az