Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək
25 Aprel 2018 16:29 İqtisadiyyatBakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.
Tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
Binanın tikintisini "Kontinent İnşaat" MMC həyata keçirəcək.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31