Avropa İttifaqının ən çox dövlət borcu olan ölkələri açıqlanıb
25 Aprel 2018 16:08 İqtisadiyyatAvropa İttifaqının (Aİ) Statistika xidməti Təşkilatın ən çox dövlət borcu olan ölkələrini açıqlayıb.
2017-ci ilin dördüncü rübünə olan statistikaya əsasən, ÜDM-ə nisbətdə ən yüksək dövlət borcu olan ölkələr Yunanıstan (178,6%), İtaliya (131,8%), Portuqaliya (125,7%), Belçika (103,1%) və İspaniyadır (98,3%).
Ən yaxşı göstəricilər isə Estoniya (9%), Lüksemburq (23%), Bolqarıstan (25,4%), Çexiya (34,6%) və Rumıniyada (35%) qeydə alınıb.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31