LG G7 ThinQ modelinin rəsmi təqdimat tarixi məlum oldu və yeni fotoları sızdırıldı
25 Aprel 2018 13:50 İqtisadiyyatBugün LG şirkəti rəsmi olaraq bildirdi ki, yeni flaqman modeli olacaq LG G7 ThinQ 2 May tarixində təqdim olunacaq. Məşhur insayder Evan Blass isə smartfonun yeni reklam fotolarını təqdim edib. Həmin fotolarda smartfonu hər tərəfdən görmək mümkündür. Beləliklə təqdim olunmuş fotodan da görmək olar ki, LG G7 ThinQ modeli ön panelin yuxarı hissəsi tərəfdən çıxıntıya və aşağı hissədən bir qədər böyük çərçivəyə sahib olacaq.
Xoş xəbər ondan ibarətdir ki, smartfon ənənəvi 3.5 mm-lik audiogirişə sahib olacaq. LG G7 ThinQ həmçinin şaquli şəkildə yerləşdirilmiş ikili arxa kamera və onun alt hissəsi tərəfdən barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Texniki göstəricilərə gəldikdə isə smartfon 1440x2880 piksel keyfiyyətli 6.1 inç QHD+ ekran, Snapdragon 845prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, 16 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun qiyməti barəsində isə heç bir məlumat yoxdur.

Technote.az