Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsini yaşayır
Ölkənin tarazlı və davamlı inkişafı üçün imkanın yaradılması heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisdi siyasətin nəticəsidir. Mövcud potensialından daha səmərəli istifadə etməklə ölkə iqtisadiyyatını dinamikliyini təmin etmək dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdəndir.
20 Aprel 2018 13:59 İqtisadiyyatİlham Əliyev: "İqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir"
Ölkənin tarazlı və davamlı inkişafı üçün imkanın yaradılması heç şübhəsiz ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisdi siyasətin nəticəsidir. Mövcud potensialından daha səmərəli istifadə etməklə ölkə iqtisadiyyatını dinamikliyini təmin etmək dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdəndir. Məlum olduğu kimi yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli dəstək olmaq, əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və respublikamızı iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək dövlətin qarşısında əsas vəzifə kimi qoyulmuşdur. Məhz bu istiqamətdə görülən işlərin nəticəsidir ki, ölkədə adambaşına düşən gəlir 7,2 dəfə artıb. Dövlət başçısı paralel olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsini ölkənin əsas prioritet hədəflərindən birinə çevirib. Elə bu məqsədlə də ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul edilib. Ümumilikdə görülən işlər nəticəsində son 15 il ərzində Azərbaycan iqtisadiyyatında misli görülməmiş naliyyətlərə imza atılıb. Yeri gəlmişkən xaıraladaq ki, ölkə başçısı İlham Əliyev yenidən prezident seçilməsi münasibətilə keçirilən andiçmə mərasimində qeyd edib ki, son 15 il ərzində iqtisadi islahatlar aparılıb və iqtisadi məsələlərə xüsusi diqqət yetirilib: "Mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, - ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, - heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir".
Qeyd edək ki, iqtisadi ekspertlər son 15 ili maliyyə sabitliyi, iqtisadi artım və dərin islahatlar ili kimi xarakterizə edir. Çünki, bu illər ərzində həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizdə hər sahədə nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə edilib, insanların rifah halı daha da yaxşılaşıb. Konkret olaraq sözügedən müddət ərzində dövlət büdcəsinin gəlirləri 13.5 dəfə, strateji valyuta ehtiyatlarımız 26.6 dəfə artaraq ötən ilin sonunda 42 milyard dollara çatıb. Üstəlik ölkənin müdafiə sənayesinə ayrılan vəsaitin məbləği 13.5 dəfə artırılıb. Təkcə ötən il Azərbaycanda qeyri-neft sektorunda 2,7 faiz artım baş verib, ölkə iqtisadiyyatına 17 milyard manat sərmayə yatırılıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 63 faiz təşkil edib. Dövlət başçısının sözləri ilə desək iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir: "Sənaye istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir".
Sözün həqiqi mənasında son on beş il ərzində Azərbaycan iqtisadiyyatında əldə edilən uğurları tarixi naliyyət kimi dəyərləndirilməlidir. Nəzərə almaq lazımdır ki, bu müddətdə əmək haqqları 6,8 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 42 milyard dollar təşkil edib. Onu da qeyd edək ki, ölkənin iqtisadi artımı əhalinin social problemlərinin həllinə yol açıb. Belə ki, əhalinin sosial probelmin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşdırmanın respublika üzrə səviyyəsinin 51%-dən 93%-ə yüksəldilməsi təmin edilib. Elektrik enerjisi ilə təminat da iqtisadi siyasətin ən prioritet istiqamətlərdən biri olub.Yeri gəlmişkən qeyd edək ki, ölkədə aparılan sosial-iqtisadi islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndilir. Belə ki, Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan 2 pillə irəliləyərək 35-ci yeri tutub. Sadalanan faktlar Azərbaycanda iqtisadi sahədə əldə olunan uğurların doğrudan da tarixi naliyyət olduğunu təsdiq edir. Çünki, həyata keçirilən islahatlar dünyada baş vermiş iqtisadi geriləmələr zamanı ölkənin həmin böhrandan ən az itkilərlə çıxmasını təmin edib. Hazırda isə Azərbaycan xarici ölkələrə sərmayə yatıran ölkəyə çevrilməklə iqtisadi inkişaf dövrünü yaşayır.
Zəka