Keyfiyyətsiz məhsullar istehlakçılara necə sırınır?
Ölkədə istehlakçı hüquqlarının pozulması halları davam etməkdədir. Belə hallar ən çox istehlak və xidmət sahələrində müçahidə olunur. Xüsusən, ölkəyə xaricdən gətirilən mal və məhsulların insanlara brend məhsul adı altında sırınması harahatçılıq yaradır. Halbuki, həmin məhsulların böyük əksəriyyəti yerli istehsal olduğundan keyfiyyət baxımından aşağı səviyyədədir.
20 İyul 2017 13:25 İqtisadiyyatÖlkəyə gətitirlən məhsullar üzərində Azərbaycan dilində məlumat yoxdur
Ölkədə istehlakçı hüquqlarının pozulması halları davam etməkdədir. Belə hallar ən çox istehlak və xidmət sahələrində müçahidə olunur. Xüsusən, ölkəyə xaricdən gətirilən mal və məhsulların insanlara brend məhsul adı altında sırınması harahatçılıq yaradır. Halbuki, həmin məhsulların böyük əksəriyyəti yerli istehsal olduğundan keyfiyyət baxımından aşağı səviyyədədir. Azad İstehlakçılar Birliyinn sədri Eyyub Hüseynov bildirib ki, ölkədə belə hallar tez-tez müşahidə olunur və yaranmış vəziyyətlə bağlı AİB-ə çoxlu sayda müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasən istehlakçıların aldadılması, yaxud keyfiyyətsiz məhsulun sırınması ilə bağlıdır. Onun sözlərinə görə, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küç. ev.245A, m.28 ünvanında qeydiyyatda olan Mirsalayeva Fərəh Rəhim qızı tərəfindən ünvanlanan şikayət ərizəsi də istehlakçıların aldadılması ilə bağlıdır. F. Mirsalayeva qeyd edir ki, 16 iyul 2016-cı il tarixdə Bakı şəhəri, Bül-Bül prospekti 58 G ünvanında, "ZEPTER"("ZEPTER İNTERNEYŞNL" Məhdud Məsuliyytəli Cəmiyyəti" ilə hissə-hissə ödəmə şərtiilə müqavilə bağlayıb. Müqaviləyə əsasən ilkin ödəniş kimi 20% yəni 146 manat ödəyərək, qalan pulu 12 ay ərzində ödəməlməsi müqabilində mətbəxt qazanı alıb: "Şirkət mənə mətbəx qazanı satacağı öhdəliyi götürmüşdür. Qazanın dəyəri 1219 AZN-dir. Mən üzərimə düşən öhdəliyi vaxtındavə tam yerinə yetirdim və"ZEPTER" şirkəti ödənişləri tam vaxtında yerinə yetirəndən sonra mətbəx qazanını mənə 10.07.2017 tarixdə təhvil vermişdi. Bu zaman şirkətin əməkdaşı mənə bildirmişdir ki, qazanın istismarı zamanı mütləq onların satdığı xüsusi vasitələrdən istifadə edilməlidir, əks halda qazanın tezliklə sıradan çıxacağını bildirdi. Bu məsələdən həmçinin həmin vasitələrin qiymətlərinin çox baha olduğunu gördükdə, mən aldığım qazanı 1 dəfə də istifadə etmədən geri qaytarmaq istədim, lakin satıcı tərəf malı geri almaqda imtina etdi, müəyyən danışıqlardan sonra onlar aramızda bağlanmış müqavilənin bəndinə istinad edərək, qazanın dəyərinin 25%-ni cərimə kimi tutacaqlarını qalan 75% faizini qaytaracaqlarını bildirmişlər. Qazanı özləri açıb baxdı və təhvil aldılar. Onların 25% cərimə fikirləri ilə razı deyiləm. Qeyd edirəm ki,yuyucu vasitəsi barədə müqavilədə bənd yoxdur. Bildirmək istəyirəm ki, müqavilənin həmin bəndi müqavilənin icrası müddətinə şamil edilir, halbuki, bizim vəziyyətdə artıq müqavilə icra edilib və alqı-satqı baş tutubdur, bu halda isə alıcıyla satıcı arasında münasibətlərə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında"Azərbaycan Respublikasının qanunun müddəaları şamil edilməlidir. Satıcı yalnız malı mənə satdıqdan sonra malın istismarı zamanı mütləq onların satdığı xüsusi vasitələrdən istifadə edilməsini (yuyulması və s.), həmçinin həmin xüsusi vasitələrin qiymətlərinin baha, ailəmizdə allergiyadan əziyyət çəkən uşaqların olmasını, həmin xüsusi vasitələrin onların səhhətinə hansı dərəcədə təsir edəcəyini nəzərə alaraq aldışımız malın geri qaytarılması təmin edilməlidir. Qeyd etdiklərimə əsasən bizim pozulmuş istehlakçı hüquqlarımızın bərpa edilməsində köməklik etməyinizi ,1219 AZN-nin qaytarılmasını və bu şirkət barədə dövlət orqanlarına və KİV-ə məlumat verilməsini xahiş edirəm". AİB sədri onu da bildirib ki, istehlakçının ərizəsi İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi xidmətinə rəsmi məktub olaraq göndərilmişdir.
AİB sədri bildirib ki, istehlakçılara keyfiyyətiz məhsullarının satşı bununla bitmir. İstehlakçılara həmçinin keyfiyyətsiz və insan saölamlığı üçün təhlükəli olan ərzaq məhsulları da satılır. Belə ki, Ukraynadan yenə də təhlükəli toyuq məhsulları ölkəmizə gətirilir. E. Hüseynov bildirib, keçən ilin aprel-may aylarında ölkəmizə Ukraynadan idxal olunan təhlükəli toyuq məhsulları barədə ekspertiza keçirilib. Məhsulların yararsızlığı barədə dövlət orqanları qarşısında məsələ qaldırıb və bir müddət təhlükəli, arzuolunmaz toyuq məhsullarının idxalına, satışına məhdudiyyətlər qoyulub: "Yenidən Ukraynadan təhlükəli toyuq məhsullarının Respublika ərazisində geniş şəbəkə ilə satışına başlanıbdır. Çox sevindirici haldır ki, bu dəfə AİB -in müraciəti olmadan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət xidməti Ukraynanın Vinitsa vilayətinin Ladijin şəhərində yerləşən Quşçuluq fabrikinin istehsal etdiyi "Qualiko" mal nişanlı, qutusunun, hər birinin etiketində rus, ingilis, özbək, qazax, erməni, ərəb dillərində informasiyalar olsa da, Azərbaycan dilində heç bir məlumat olmayan toyuq ətlərinin ekspertizasını keçirib. Tərkibində insan həyatı üçün zərərli olan baytarlıq dərmanı qalıqlarının, naməlum mayelərin normadan artıq olduğunu müəyyən edib. Ekspertizanın nəticələri o qədər təhlükələr üzə çıxarıb ki, Dövlət Xidməti qeyd olunan toyuq ətlərinin idxalının və satışının qarşısının alınması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə və digər dövlət orqanlarına rəsmi müraciət edibdir". E. Hüseynov deyib ki, "Qualiko" mal nişanlı təhlükəli toyuq məhsulları M.Qaşqay küçəsində, Sumqayıt bazarında, Xırdalan bazarında, Keşlə bazarında, Lənkəran və Gəncə zonalarında "uğurla" satılır. Bir çox emal sexlərində, dönərxanalarda istehlakçılara təklif olunur: "Təhlükəli malın etiketinin təhlili göstərir ki, təkcə markalanmada AR-nın qanunlarının tələbi pozulmaqla, Ukraynada istehsal olunan bu malların etiketində "Halal" nişanı da vardır. Bütün bu kimi hallar, təkcə istehlakçıların hüququnun pozulması və sağlamlıqlarına təhlükə ilə xarakterizə olunmur, eyni zamanda Azərbaycanın özünün əhalisini quş əti ilə tam təmin etdiyi bir şəraitdə, bazarda haqsız rəqabətin yaradılması ilə də xarakterizə olunur. AİB istehlakçılara müraciət edərək bir daha bildirir ki,şübhəli malları almaqdan imtina etsinlər və bütün hallarda yerli mallara üstünlük versinlər".
Alim