“AtaBank” yenidən “Tour d’Azerbaidjan”-da

Mayın 4-dən 8-dək ölkəmizdə Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə keçiriləcək nüfuzlu "Tour d'Azerbaidjan" beynəlxalq veloturuna yenidən dəstək olaraq "AtaBank" ASC iştirakçıları səyyar bankomatı olan "AtaMatik" ilə müşayiət edəcək. Bu barədə məlumat "OLAYLAR"-a bankdan daxil olub. Bildirilib ki, 5 gün boyunca velosipedçiləri ölkəmizin Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şamaxı, İsmayillı,Pirqulu və digər bölgələrində müşayiət edəcək "AtaMatik" iştirakçılara, azarkeş və nümayəndələrə müxtəlif növ bankçılıq əməliyyatlarından istifadə imkanı yaradacaq. "AtaBank" ASC-nin səyyar bankomatı olan "AtaMatik" vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və digər bank əməliyyatları apara biləcək.
Qeyd etmək istərdik ki, "AtaBank" ASC olaraq ölkəmizdə keçirilən nüfuzlu və mötəbər idman yarışlarında əhaliyə, idmançılara və ölkəmizin qonaqlarına dəfələrlə "AtaMatik" səyyar bankomat xidmət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31