ARDNF 14 banka 32,4 mln., Mərkəzi Banka 10 mln. dollar satıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb. Fonddan  verilən məlumata görə, bu vəsaitdən 32,4 milyon ABŞ dolları məbləğində vəsait 14 banka və 10 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31