İstehlak kreditləri niyə məhdudlaşdırılır?
Kreditlərin dollarla verilməsi dayandırıla bilər
28 Aprel 2016 12:53 İqtisadiyyatAzərbaycanda dollarla krediti olan vətəndaşların problemlərinin həll edilməsi əvəzinə hər gün yeni məhdudiyyətlərin şahidi olluruq. Artıq bir müddətdir ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarına məxsus kredit kartlarından istifadəyə dair məhdudiyyətlər tətbiq edilib. "Unibank" və "Bank of Baku" nun kredit kartından istifadə edən müştərilərin mobil telefonlarına bu barədə mesajlar da göndərilib. Bununla bağlı banka müraciət edən müştərilərə bildirilir ki, bu addımlar müqaviləyə əsasən atılıb. Müqavilədə göstərilir ki, bank üzrə ödənişlərdə gecikmələr olduqda, kartdan bir müddət istifadə etmədikdə, və ya ayrılan limitdən tam deyil, az istifadə etdikdə bank tərəfindən, müqaviləyə də əsasən, bir tərəfli qaydada sıfırlana, bloklana və limit azaldıla bilər. Ardınca Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qərar kredit təşkilatlarının aidiyyəti şəxslərinə göndərilib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının qarşısını nisbətən alacaq. Maliyyə bazaralarına nəzarət palatasının rəhbəri Rüfət Aslanlı pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərini belə izah edib: "Söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir. bu, sadəcə kredit portfelində pensiyaçıların sayı çox olan banklara edilən tövsiyədir". O, əlavə edib ki, aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manatdır. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz yaşaması sual doğurur. Digər tərəfdən palatanın araşdırmaları pensiyaçıların krediti çox vaxt özlərininin yox yaxınlarının ehtiyacı üçün aldığını göstərib. Onlar isə ödəniş etmədikdə borc avtomatik pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir. Hazırda palata borclanmanın həm vətəndaşı, həm də bankları qane edəcək modeli üzərində işləyir. Lakin buna baxmayaraq, fakt ondan ibarətdir ki, ölkənin bank sektorunda yaşanan böhran əhalinin ən çox istifadə etdiyi kredit kartlarına da ciddi zərbə vurub. Kart istifadəçiləri alış-veriş üçün mağaza və dükanlara getmək imkandan da məhrum olublar. Əksər kart sahibləri isə müştəriyə xəbər vermədən fəaliyyət müddəti bitməmiş kartların istifadəsini dondurub və artıq banklar kartın fəaliyyət müddəti yeni bitmiş müştərilərin də müddəti uzatmaq barədə təkliflərini qəbul etmirlər. Nəticədə Azərbaycanın 1 milyona yaxın kredit kartı daşıyan bank müştərisi pərakəndə ticarət şəbəkəsində oxşar məyusluqla üzləşib. Xatırladaq ki, Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin sonuna Azərbaycan vətəndaşlarında 1 milyon 89 minə yaxın kredit kartı olub. Ölkədə 2 milyon ailə təsərrüfatının olduğu nəzərə alınsa, orta hesabla ailələrin yarısı bu kartlarla bağlı yaşanan olaydan ciddi zərbələr alıb. Maraqlıdır, vətəndaşlar üçün bütün imkanlar məhdudlaşdırıldığı bir məqamda banklar müştərilərə milli valyuta ilə kredit verməkdən boyun qaçırır. Belə halda bank-kredit sistemi hansı təhlükələrlə üzləşə bilər? Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov qeid edib ki, kommersiya bankları tərəfindən kreditlərin dollarla verilməsi ləğv edilə bilər. Bu haqda yeni təkliflər paketi hazırlanır. Deputat qeyd edib ki, təkliflər paketi tam hazır olduqdan sonra aidiyyatı qurumlara təqdim ediləcək: "Bank sisteminin sağlamlaşıdırılması ilə bağlı aparılan islahatlar əsas məsələdir. O cümlədən, bir sıra qanunlara dəyişikliklər, dollarla verilmiş kreditlərə münasibət, onların müəyyən variantlarda həlli təkliflərdə öz əksini tapacaq. Birincisi, "Banklar haqqında" Qanuna dəyişikliklər edilməsi təklif olunur. Burada dollarla kredit verilməsinin qadağan edilməsi öz əksini tapıb. Çünki, Konstitutsiyada, "Banklar Haqqında" Qanunda da göstərilib ki, ödəniş manatla aparılmalıdır. Mən hesab edirəm ki, kreditlərin dollarla verilməsi qadağan edilməlidir". V.Əhmədov müəyyən məbləğə qədər kredit borclarının silinməsinin mümkünlüyü məsələsinə də toxunub: "1000 (min) manata qədər dollarla verilmiş kreditlərlə bağlı təklif edirik ki, məsuliyyətli şəxs müəyyən edilsin. Çünki, çətin situasiyalarda banklar məsuliyyəti dövlətin, dövlət də bankların üzərinə atır. Əziyyət çəkən isə əhali olur. Onların böyük bir hissəsi faktiki olaraq ödəmə qabiliyyətinə malik deyil. İstəyimiz budur ki, problemə sistemli yanaşılsın. Məsələ Dövlət-Mərkəzi Bank-kommersiya bankları-əhali dördbucaq sistemində öz həllini tapsın. İkincisi 1000 (min) dollara qədər olan kreditlərlə bağlı problemlərin həllidir. Hansı ki, bununla bağlı çox sayda müraciətlər daxil olur. İstəyimiz budur ki, onların ləğv edilməsi, yaxud zamin durmuş şəxslərin zaminlikdən azad edilməsi mümkün olsun. Bundan başqa 5000 dollara qədər olan kreditlər 1dollar-1,05 manat məzənəsilə ödənilsin. Həmçinin 5 000 manatdan çox olan kredit borclarına da baxılması nəzərdə tutulub. Həm "Bank haqqında" Qanuna, həm Mülki Məcəlləyə dəyişiklik etmək lazımdı. Bildiyiniz kimi, Konstitutsiya Məhkəməsinə bununla bağlı müraciət edilib. Cavab olaraq bildirilib ki, müəyyən güzəştlərə gedə bilərlər".
Alim