Almata və Krasnoyarskdan Bakıya aviareyslər ləğv edilib
28 Mart 2016 12:21 İqtisadiyyat"Air Astana" və "Taymır" aviaşirkətləri martın 28-nə planlaşdırılmış Almata və Krasnoyarskdan Bakıya reysləri ləğv ediblər. Bunu Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından deyiblər. Reyslərin ləğv edlməsi səbəbləri barədə məlumat verilmir. KC 112 Almata-Bakı reysi paytaxtımıza saat 12:50-də, Y7 708 Krasnoyarsk-Bakı reysi isə saat 22:35-də (Bakı vaxtı ilə) gəlməli idi. Bundan başqa, bu aviaşirkətlərin martın 28-nə planlaşdırılmış əks istiqamətdə olan reysləri də ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31