SOCAR dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib

SOCAR 2016-cı ilin fevral ayında dövlət büdcəsinə 98 milyon 200 min manat vəsait ödəyib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, 2016-cı ilin yanvar-fevral aylarında büdcəyə 215 milyon 882 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 922 min manat vəsait köçürlüb. 2016-cı ilin yanvar-fevral aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 21 milyon 50 min manat təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31