9 banka 11,9 milyon dollar satılıb

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, Fond tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 11,9 milyon ABŞ dolları məbləğində vəsait 9 banka satılıb. İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31