Neft bahalaşır

Dünya birjalarında neftin qiymətində bahalaşma davam edib.

anspress bildirir ki, hazırda dünya bazarlarında "Brent" markalı neftin bir bareli  36.64 dollara qalxıb.

"WTI" markalı neftin qiymətində də cüzi bahalaşma qeydə alınıb. Ötən səhər 33.71 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 33.96 dollar müəyyən olunub.

Ötən gün "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar ucuzlaşaraq 36,99 dollar təşkil edib.

Əlvan metalların qiymətində də cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,60 dollar olub. Platinin 1 qramı 30.05 dollar, palladiumun 1 qramı isə 16.54 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.47 dollar müəyyənləşib.

AMB-dən verilən məlumata görə, 01.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5687 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7071 manat, Rusiya rublu isə bahalaşaraq 0.0209 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1857 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5297 AZN dəyərində müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 02.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5764 səviyyəsində müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31