Neftin qiyməti 35 dollardan yüksəkdir

Dünya birjalarında alqı-satqı həftəsinin sonuna bir neçə saat qalmış neftin qiyməti stabilləşib.

Virtualaz.org xəbər verir ki, Bakı vaxtı ilə saat 01:20-də Brent markalı neftin aprel fyuçersi 35,22 dollara satılıb.

Bu, cümə günü aılqı-satqı əməliyyatlarının başladığı anda olan qiymətdən 0,07 dollar, yaxud 0,2% azdır.

Xatırladaq ki, növbəti alqı-satqı seansı bazar ertəsi, fevralın 29-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31