Elman Rüstəmov: "Devalvasiya olmasına heç bir əsas yoxdur"

Azərbaycanda üçüncü devalvasiyanın olmasına heç bir fundamental əsas yoxdur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda 3-cü devalvasiyanın olub-olmaması məsələsinə münasibət bildirərkən deyib.O bildirib ki, neftin qiymətləri aşağı səviyyədə də olsa müəyyən bir stabillikdədir: "Bu yaxınlarda dövlət büdcəsi təstiq olundu və dövlət büdcəsində realistik neft qiymətləri qoyuldu. Ona uyğun olaraq Neft Fondundan transferlərin həcmi müəyyənləşdi. Bütövlükdə ölkəyə gələn idxalın obtimallaşmasını hiss edirik. Artıq ilk gömrük statistikası var, yanvar və fevral aylarına diqqətlə baxcacağıq. Biz görürük ki, bütövlükdə ölkənin xarici ticarət balansı da stabilləşməyə doğru gedir. Bu bizə imkan verir ki, bütövlükdə valyuta bazarında stabillik yaradaq və manatın üzən diapazonda dayanıqlı məzənnəsini tapaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31