"Halal kredit" verilməyəcək
26 Fevral 2016 11:35 İqtisadiyyatAzərbaycanda islam bankının yaradılması ilə bağlı rəsmi qərar yoxdur. azvision.az bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.Onun sözlərinə görə, Azərbaycanda islam bankçılığın tətbiqi gözlənilmir:"Bu barədə söhbətlər var. Amma rəsmi səviyyədə heç bir qərar yoxdur. Bizim bank qanunvericiliyi tam fərqlidir. Bu barədə deyilənlər niyyətdən başqa bir şey deyil", - deyə MB sədri vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31