Neft bahalaşır, dollar sabit qaldı
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib
26 Fevral 2016 06:38 İqtisadiyyatDünya birjalarında neftin qiyməti həftənin son iş gününü bahalaşma ilə başa vurur. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında "Brent" markalı neftin bir bareli 35.29 dollar təşkil edir.
"WTI" markalı neftin qiymətində bahalaşma qeydə alınıb. Ötən səhər 32.00 dollar olan "Texas" markalı neftin bir barelinin qiyməti hazırda 32.92 dollar müəyyən olunub.
Ötən gün "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0,10 dollar bahalaşaraq 33,64 dollar təşkil edib.
Əlvan metalların qiymətində cüzi ucuzlaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər ucuzlaşaraq 39,78 dollar olub. Platinin 1 qramı 29.78 dollar, palladiumun 1 qramı isə 15.60 dollar olub. Gümüşün qiyməti cüzi ucuzlaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 25.02.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5624 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində ucuzlaşma qeydə alınıb. Avro 1.7236 manat, Rusiya rublu isə ucuzlaşaraq 0.0205 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1783 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5316 AZN dəyərində müəyyənləşib.
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 25-nə 1,5624 səviyyəsində müəyyən olunub.